Rusiyada İngiltərə ştammına 81 nəfər yoluxub

Rusiyada İngiltərə ştammına 81 nəfər yoluxub Rusiyada koronavirusun Böyük Britaniya ştammına 81 nəfər, Cənubi Afrika ştammına isə 6 nəfər yoluxub.
Bu barədə Rusiyanın baş dövlət sanitar həkimi Anna Popova “İzvestiya” qəzetinə verdiyi müsahibədə məlumat verib.
“Hazırkı anda ingilis ştammına 81 və Cənubi Afrika ştammına 6 yoluxma müəyyən olunub. Bu, hələ də dünyanın digər ölkələri ilə əlaqə saxladığımızı göstərir, belə ki, bütün bu hallar xaricdən gəlir”,- deyə Popova qeyd edib.
O, Avropa, Asiya, Cənubi Amerika və Afrikada bu növə yoluxmaların artması ilə əlaqədar vətəndaşları xaricə səyahət etməməyə çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər