
Təlimlərin məqsədi 5G şəbəkələrinin qurulması və idarə edilməsi, eləcə də bu texnologiyanın gələcək inkişafı ilə bağlı nəzəri və praktiki biliklərin müasir tələblərə uyğun şəkildə verilməsidir. Təlimlərdə iştirak edən əməkdaşlar 5G texnologiyalarının universitetdə tədris olunan ixtisaslar üzrə tətbiqinə dair yeni yanaşmalar da təklif edəcəklər.
Bu layihə BDU və “Huawei” arasında birgə əməkdaşlığın inkişafı, Universitetin tədris və tədqiqat sahələrində müasir texnologiyaları tətbiq etməsi istiqamətində əhəmiyyətli bir addımdır. Gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi, daha çox təlim və layihələrin reallaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən təlimlərin təşkil və koordinasiyasını BDU-nun Keyfiyyət Təminatı Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi həyata keçirir.
Tehsil-press.az