Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Texnologiya Universitetinə təlim xidmətləri göstərəcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Texnologiya Universitetinə təlim xidmətləri göstərəcək Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Texnologiya Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Texnologiya Universitetinin əməkdaşları üçün keyfiyyət təminatı ilə bağlı müxtəlif başlıqlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərin əsas məqsədi Azərbaycan Texnologiya Universitetinin akademik heyətinə sillabusların tərtibi, təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılması və qiymətləndirilməsinə, eləcə də inzibati və akademik heyətinə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dair dəstək verməkdən ibarətdir.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.

Tehsil-press.az

Oxşar xəbərlər