Türkiyədə gərginlik: Ərdoğan Beştəpədə kabineti toplayır - Nələr müzakirə olunacaq?

Türkiyədə gərginlik: Ərdoğan Beştəpədə kabineti toplayır - Nələr müzakirə olunacaq? Türkiyə Nazirlər Kabineti bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə toplanacaq.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbs olunduğu istintaq prosesi, “Terrorsuz Türkiyə” hədəfində çatılan mərhələ və iqtisadiyyatdakı son vəziyyət əsas müzakirə mövzuları olacaq.

Ərdoğan CHP sədri Özgür Özəl-in “küçələrə çıxın” çağırışına sərt reaksiya verib və “Çağırdığı küçə çıxılmaz nöqtədir” deyib. Məsələnin hüquqi və ictimai asayiş baxımından bu gün Nazirlər Kabinetində müzakirəyə çıxarılacağı gözlənilir.

“Terrordan azad Türkiyə” prosesi də Nazirlər Kabinetində müzakirə ediləcək mövzular sırasındadır. “Terrorsuz Türkiyə” üçün atılan və atılması planlaşdırılan addımlar müzakirə olunacaq. Terror təşkilatının qurultayını nə vaxt toplayacağı, silahı necə yerə qoyacağı, PYD /YPG-nin bu prosesdə hansı yolu tutacağı kimi məsələlərin müzakirə ediləcəyi və mövcud prosesin hərtərəfli qiymətləndiriləcəyi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər