Ərdoğan NK-nı toplayır: 3 ölkə ilə 18 saziş…

Ərdoğan NK-nı toplayır: 3 ölkə ilə 18 saziş… Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beştəpədə Nazirlər Kabinetinin iclasını keçirəcək.
İclasın gündəliyinə xarici siyasətdə atılan son addımlar, o cümlədən iqtisadiyyat və daxili siyasətlə bağlı mövzular daxildir.
Qeyd edək ki, Ərdoğan ötən həftə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Səfər zamanı müdafiədən energetikaya qədər müxtəlif sahələrdə 3 ölkə ilə 18 müqavilə imzalanıb.
Səfərin nəticələri Nazirlər Kabinetinin iclasında qiymətləndiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər