
Saytımız bu barədə SOCAR rəhbərliyinə yaxın mənbədən məlumat alıb.
Redaksiyamıza verilən informasiyaya görə, Cahangir Həsənzadə federasiyanın texniki direktoru vəzifəsindən uzaqlaşdırılacaq. Rövşən Nəcəf həmin posta əcnəbi funksionerin gətirilməsini istəyir.
Neft şirkəti və futbol qurumunun prezidentinin göstərişi əsasında araşdırma aparılıb və artıq namizədlərin konkret siyahısı müəyyənləşdirilib.
Yeni təyinat qarşıdakı 1 ay ərzində gerçəkləşməlidir. AFFA-nın dosyelərini gözdən keçirdiyi xarici idarəçilərin adları hələlik bizə bəlli deyil.
Bununla belə, bilirik ki, siyahıda Türkiyə, Belçika və Portuqaliyadan olan mütəxəssislər yer almaqdadır.
Tehsil-press.az