Bunu açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra əlavə edib:
“Pomidoru parnikdə də yetişdirirlər, günəş şüaları altında torpaqda da. Günəş şüasında yetişdirilən 1 kilo pomidorun orqanizmə xeyri daha çoxdur, nəinki 25 kilo parnikdə yetişdirilən pomidorun ziyanı.. Fərqə bir baxın. Mövsümü olmayan meyvə və tərəvəzlərin hamısı dərmanlarla yetişdirilib. Hamısı da zəhərlidir. Ultrabənövşəyi şüalar meyvə və tərəvəz üçün çox önəmlidir. Bu meyvələr bir çox xəstəliklərə səbəb ola bilər. Mədə, bağıraq və s. orqanlara ziyanı var. Yaxşı yuyulmadıqda ölümcül zəhərlənmə də ola bilər. O meyvələrə vurulan dərmanların tərkibini bilsəm əlbəttə ki, daha dəqiq deyə bilərəm ki, nəyə xeyri var, nəyə ziyanı? Ümumilikdə tövsiyyəm budur ki, bu kimi meyvə və tərəvəzlərdən uzaq olsunlar” deyə o bildirib.
Tehsil-press.az