Belə ki, Novosibirskdə Cənubi Amerika pomidor güvəsinin, Krasnodarda şaftalıda Qərb gülü tripsi, Belarusda isə Azərbaycan kartofunda nitratların normadan artıq olması “aşkar edilib”.
Bu sözlər erməni mediasının Rusiyada Azərbaycandan idxal edilən kənd təsərrüfatı məhsullarına qarşı addımları haqda dərc edilən məqalədəndir.
Məqalədə iyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edidiyi də xatırladılıb.
Erməni mediası 2025-ci ilin 27 iyunundan Rusiyaya Ermənistandan idxal edilən gülə məhdudiyyətlər qoyulduğunu da vurğulayıb.
Tehsil-press.az