Sovetdən qalan qurumlar ləğv edilə bilərmi? – “Azdram”, AMEA, AYB və…

Sovetdən qalan qurumlar ləğv edilə bilərmi? – “Azdram”, AMEA, AYB və… Azərbaycanda bəzi qurumların sovetdənqalma olması və artıq köhnəlməsi haqda fikirlər tez-tez gündəmə gəlir. Bu müzakirələrdə xüsusilə Akademik Milli Dram Teatrı (“Azdram”), Azərbaycan Yazıçılar Birliyi (AYB), Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) son 30 ildə heç bir yeniliyə imza atmadığı bildirilir. Hətta onlar ortaya ciddi iş qoymadıqları üçün tənqid edilir, ləğvi istiqamətində təkliflər irəli sürülür.

Sözügedən qurumların fəaliyyətini hansı formada tənzimləmək olar?

Redaktor Şərif Ağayar deyib ki, sovet dövründə hər şey, o cümlədən yaradıcı qurum və təşkilatlar sırf siyasi maraqlarla yaradılırdı:

“Yəni orada azadlıqdan söhbət gedə bilməzdi. Nikita Xruşşovun yumşalma dövründə – 1960-cı illərdə müəyyən dərəcədə bəzi məsələlər haqqında yazmaq icazəsi verildi. Qəribədir ki, onda da hökumətdən çox, yaşlı yazıçılar gəncləri qəbul etmirdilər. Məsələn, Sabir Əhmədlinin povestlərini tənqid edirdilər ki, burda sovet adamları işsizdir. Yaxud insanların problemindən yazdığına görə İsa Hüseynovu sıxışdırırdılar. Həmçinin Çingiz Hüseynovun məktubu var ki, əsərim “Drujba narodov”da çap olunmasa, məni öldürəcəklər. Elə şeylər var idi ki, ruslar onu bizə bağışlayırdı, özümüzkülər yox! Belə axmaq, gülməli, lətifəvari gerçəklər yaşamışıq”.

Şərif Ağayar bu gün bütün yaradıcı qurumlarda sovet dövründən qalan uzantının davam etdiyini bildirib:

“Burada, ümumiyyətlə, yaxşı heç nəyin olmadığını demirəm. Əlbəttə, istisnalar var. Məsələn, bu gün “Azdram”da “Hamlet” əsəri tamaşaya qoyula bilər. Lakin bu, ümumi istiqaməti dəyişmir. Bu yolla biz müstəqil Azərbaycan teatrını, ya da AYB vasitəsilə ədəbiyyatımızı yarada bilmərik. Bunun üçün dövlət və sənət münasibətləri sivil qaydalar üzərində formalaşmalıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər