75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın saxlanılıb

75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın saxlanılıb Bakıda 1950-ci il təvəllüdlü əlilliyi olan şəxsi dilənçiliyə sövq edən 1973-cü il təvəllüdlü Məlahət Bayramova saxlanılıb.

O, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb.

Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər