Naxçıvanda vətəndaşlara qarşı 50 min manatlıq dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda vətəndaşlara qarşı 50 min manatlıq dələduzluq edən şəxs saxlanılıb Naxçıvan şəhərində vətəndaşlara qarşı 50 min manatlıq dələduzluq edən şəxs məsuliyyətə cəlb olunub.

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb.

Onun ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirdiyi bildirilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər