Rəşad Cümşüdova VƏZİFƏ VERİLDİ

Rəşad Cümşüdova VƏZİFƏ VERİLDİ "AFB Bank" ASC-nin Marketinq Departamentinin direktoru vəzifəsinə Rəşad Cümşüdov təyin olunub.

Bu barədə bankın yeni rəhbəri öz sosial media hesabında paylaşım edib. Rəşad Cümşüdov paylaşımında marketinq sahəsindəki təcrübəsinin bankın inkişafına töhfə verəcəyinə inamını ifadə edib və qarşıda duran məqsədlər barədə fikirlərini bölüşüb:

"Marketinq mənim üçün həmişə sadəcə bir iş olmayıb. Bu, strategiya, inkişaf, yaradıcılıq və davamlı çağırışdır. İllər ərzində güclü layihələrə, böyük məhsul təqdimatlarına, rebrendinq təşəbbüslərinə, məhsul lansmanlarına rəhbərlik etmək və möhkəm komandalar yaratmaq imkanı əldə etmişəm. İnanıram ki, bu yol boyunca qazandığım təcrübə "AFB Bank" ASC-də yeni uğurlar üçün möhkəm təməl olacaq.

Bankın qarşısında böyük hədəflər var və mən yeni çağırışlara, yeni ideyalara və yeni nailiyyətlərə tam hazırıq. Bank rəhbərliyinə və bütün komandaya göstərdikləri etimada görə səmimi təşəkkürümü bildirirəm.

Önümüzdə uzun yol və böyük imkanlar var. Birlikdə dəyər yaradacağıq, brendi gücləndirəcəyik və bazarda həqiqətən təsir yaradan nəticələr əldə edəcəyik",- Rəşad Cümşüdov yazıb.

Tehsil-press.az

Oxşar xəbərlər