
Keçmiş millət vəkili Etibar Əliyev bununla bağlı sosial şəbəkə hesabında sərt tənqid paylaşıb.
İsa Həbibbəyliyə xitab edən E. Əliyev bildirib:
“Yoldaş Həbibbəyli!
Təvazökarlıqdan uzaq, Azərbaycanda elmin populyarlaşdırılması ideyasının müəllifi mənəm. Bu istiqamətdə 500-dən çox məqalə və 200-ə yaxın kitabın təqdimatını aparmışam. Xüsusi kitabxana qurmuşam. Bu işə baş qoşmayın, sizlik deyil...
Bu ideyanı da basdıracaqsınız. Nobel mükafatçıları tədqiqatlarımı da oğurlayıb tədbir keçirdiniz. Tərbiyəm imkan vermir ki, sizə ayıb olsun deyim! Bəlkə bilmirsən, UNEC-də ictimai əsaslarla yaradılmış "Elmin populyarlaşdırılması" Mərkəzinin direktoru kimdir? Elm və təhsil naziri E. Əmrullayev sizləri haqlı olaraq plagiatlıqda və ideya oğurluğunda qınayır”.
Tehsil-press.az