AMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub

AMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA), akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Ceyhun Bayramov, AMEA-nın prezidenti Akif Əlizadə, akademiyanın həqiqi və müxbir üzvləri, ADNSU-nun professor-müəllim heyəti iştirak edib.
Qonaqları salamlayan ADNSU-nun rektoru Mustafa Babanlı ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında Akif Əlizadənin gördüyü mühüm işlərdən danışıb, universitet əməkdaşlarının, xüsusilə neftçi və geoloqların, elmdə ilk addımlarını atan gənc alimlərin Akif Əlizadənin qayğı və dəstəyini daim hiss etdiklərini bildirib.
Təhsil naziri Ceyhun Bayramov akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında mühüm rol oynadığını qeyd edib, gənc alimlərin yetişməsində əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb. Nazir akademik Akif Əlizadənin keçdiyi şərəfli həyat yolunun hər bir tələbə və gənc alim üçün örnək olduğunu bildirib.
Daha sonra çıxış edənlər AMEA prezidentinin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb, onun rəhbərliyi ilə onlarla alimin yetişdiyini diqqətə çatdırıblar.
AMEA-nın prezidenti Akif Əlizadə haqqında deyilən xoş sözlərə görə təşəkkür edib. Azərbaycanda təhsilin və elmin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik bunu müasir dövrdə yüksək intellektli gəncliyin formalaşmasında qarşıda duran vəzifələrdən biri kimi səciyyələndirib.
Sonra Mustafa Babanlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunu təqdim edib.

Kəmalə Rəhimli


AMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunubAMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunubAMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunubAMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub

Oxşar xəbərlər