
Akademiyanın 75 illik yubileyi ilə əlaqədar qurumun fəaliyyətinin geniş işıqlandırılması, bu mötəbər elm ocağının yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimlərin tanıdılması, eyni zamanda, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın artırılması məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb. Sənədə əsasən, AMEA-nın üzvlərinə həsr olunan “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabının və Akademiya haqqında təfsilatlı məlumat bukletinin hazırlanaraq nəşr olunması nəzərdə tutulur.
Tehsil-press.az