Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ! Qeydiyyat başladı

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ! Qeydiyyat başladı Dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 may 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

İmtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

BB vəzifə qruplarına uyğun imtahan saat 11:00-da, AB, AC və BA vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanır.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2025-ci il 11 aprel saat 15:00-dan 1 may saat 15:00-dək aparılacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Tehsil-press.az

Oxşar xəbərlər