Azərbaycanda vəzifəsindən azad olunan nazir kimdir? - DOSYE

Azərbaycanda vəzifəsindən azad olunan nazir kimdir? - DOSYE Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin sessiya iclasında Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Samiq Asəf oğlu Sadıxov 1987-ci il yanvarın 8-də Naxçıvan şəhərində anadan olub.

2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub, 2010-cu ildə fakültəni bitirib. 2010-2011-ci illərdə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında internatura təhsilini başa vuraraq həkim-oftalmoloq ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında həkim-oftalmoloq kimi başlayıb, 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında bölmə müdiri, həkim-oftalmoloq kimi fəaliyyət göstərib. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində müəllim kimi fəaliyyətini davam etdirib.

02.05.2017-07.12.2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru, 07.12.2020-12.04.2023-cü illərdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin direktoru vəzifəsində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 12 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib, nazir vəzifələrini müvəqqəti icra edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il 31 may tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası səhiyyə naziri vəzifəsinə təyin edilib.

Ailəlidir, 1 övladı var.

Tehsil-press.az

Oxşar xəbərlər