Erkən pensiyaya çıxmaq hüququ verilən şəxslərin SİYAHISI – RƏSMİ

Erkən pensiyaya çıxmaq hüququ verilən şəxslərin SİYAHISI – RƏSMİ “Təqaüdə erkən çıxma məsələsi böyük aktuallıq kəsb edir. Azərbaycanda güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququna malik şəxslərin sayı və kateqoriyası sosial yönümlüdür. Belə ki, erkən pensiyaya çıxmaq hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara, o cümlədən ahıl və əlilliyi olan şəxslər qulluq edənlərə şamil edilir. 200-dən çox sahə üzrə 4 mindən çox vəzifə və peşələr üzrə fəaliyyət göstərmiş şəxslərə yaşa görə 5 il erkən pensiya təyin olunur”.

Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edib.

Son dövrlər edilmiş dəyişikliyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ alan şəxslərin siyahısına daha 65 peşə və vəzifə əlavə edilib. Bu, erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsinin genişlənməsinə səbəb olub. Bu istiqamətdə də nazirlik tərəfindən mütəmadi olaraq təhlillər aparılır”.

Tehsil-press.az

Oxşar xəbərlər