Bayramov Mirzoyanla Türkiyədə görüşdü

Bayramov Mirzoyanla Türkiyədə görüşdü Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər nazir Ararat Mirzoyanla görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş IV Antalya Diplomatik Forumu (ADF2025) çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesində mövcud vəziyyəti müzakirə ediblər.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər