Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev

Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev Bizim Astanadakı görüşümüz (Çinin sədri Si Szinpinlə - red.) və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə məxsusi müsahibəsində söyləyib.

“ÇXR-in sədri Si Szinpinlə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”, - dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər