Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib Elm və təhsil naziri Emin Əmrullayev Sabirabad şəhərində vətəndaşları qəbul edib.

Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, sertifikatlaşdırma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Tehsil-press.az

Oxşar xəbərlər