
Qəbulda qeyd olunan şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Görüşdə vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Tehsil-press.az