Elm və təhsil naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Elm və təhsil naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Laçın rayonlarının sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, təhsil haqqı, diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Tehsil-press.az

Oxşar xəbərlər