Bakının bu rayonunda 110 bina söküləcək

Bakının bu rayonunda 110 bina söküləcək Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.

Bunu açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.

O qeyd edib ki, ilk növbədə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsünün aparılması nəzərdə tutulur.

“Həmin binaların restavrasiyası mümkün deyil. Binaların söküntüsü mərhələli şəkildə həyata keçiriləcək”, – deyə şöbə müdiri qeyd edib.

Xatırladaq ki, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda “Sovetski”nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər