Canavarların ulartısı deşifrə olunur, artıq onların "dilini" başa düşmək mümkün olacaq

Canavarların ulartısı deşifrə olunur, artıq onların Canavarların ulartısı artıq deşifrə olunur. Artıq onların "dilini" anlamaq mümkün olacaq.

Bu barədə tədqiqatların nəticələri "IFLScience" portalında dərc olunub.

Bildirilir ki, təcrübə ABŞ-nin Yelloston Milli Parkında aparılır. Alimlər heyvanların "dilini" bioakustika və süni intellektlə tərcümə etməyə yaxınlaşıblar.

Mütəxəssislər hesab edirlər ki, yeni texnologiya heyvanların izlənişini, populyasiya sayımını və insanla təbiət arasında konfliktləri azaltmağı mümkün edəcək.

Tədqiqat "Colossal Foundation", "Yellowstone Forever" və digər təşkilatların əməkdaşlığı ilə həyata keçirilir. Məqsəd canavarların səsini analiz edərək onların sosial həyatını və davranışlarını anlamaqdır.

Yeni sistem yüksək dəqiqliklə fərdi sürüləri və hətta tək-tək fərdləri müəyyən edə bilər. Ən əsası, bu üsul izləmə üçün zərərsizdir - artıq izləmə yaxalıqlarına ehtiyac olmayacaq.

Bu isə onların təbiətdəki rolunu daha dəqiq anlamağa və əsassız qorxuları aradan qaldırmağa kömək edəcək.

Yeni yanaşma həm də nadir növlərin qorunmasına və ekosistemlərin balansının bərpasına töhfə verə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər