Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rovno vilayətinin Dubno rayonunda yerləşən aerodromuna yüksək dəqiqlikli silahla və PUA-larla zərbə endirib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələrin Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya aerodromlarına 1 iyunda dronlarla hücumuna cavab olaraq endirildiyi bildirilib.
Məlumata görə, silah və hərbi texnika istehsal edən müəssisələrə, zərbə PUA-larının yığım sexlərinə, eləcə də döyüş sursatı, silah və hərbi texnika anbarlarına da zərbələr endirilib.
Tehsil-press.az



