"Əzbərləyib gedib imtahan verirdilər, 1 həftə sonra unudurlar" - Komitə sədri

“Ölkədə elə bir patologiya, xəstəlik olmamalıdır ki, İcbari Tibbi Sığortadan kənarda qalsın. Çünki insanların ehtiyacı var”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri həmçinin qeyd edib ki, sertifikasiya imtahanında ballarla bağlı əsas şərtlərə çox ciddi baxılmalı, səviyyəsi çox aşağı salınmamalıdır:

“İndiki vaxta qədər olan sertifikasiya nə idi?! Otururdular 1-2 həftəyə, 1 aya əzbərləyirdilər, gedib imtahanı verirdilər və 1 həftə sonra yadlarından çıxırdı. Ancaq dəyişiklikdən sora bu bizə imkan verəcək ki, insanlar 5 il ərzində daim öz üzərində işləsinlər”.

Tehsil-press.az

Oxşar xəbərlər