.jpg)
Xalq yazıçısı açıqlamasında bu sözləri deyib: “Kimə imtahan verəcəyik?! Desinlər... Bütün yazıçılar imtahan verməlidirlər? Mən yazıçılara deyərəm, gedib imtahan versinlər”.
“Bütün yazıçılar imtahandan keçə biləcəklərmi" sualına AYB sədri belə cavab verib: “Vallah, onu bilmirəm. Yazıçılar imtahan verməyi qəbul edəcəklər, yoxsa yox? Onları imtahanda kim qəbul edəcək, hansı suallar veriləcək, gərək bunların hamısı aydınlaşdırılsın”.
Qeyd edək ki, M.Abbaszadə bu gün “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbirdə deyib: “İstəyirik ki, Yazıçılar Birliyinin üzvləri Azərbaycan dili imtahanından keçib, bizə fikirlərini söyləsinlər”.
Tehsil-press.az