Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsünün kimliyi məlum oldu

Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsünün kimliyi məlum oldu Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsünün kimliyi məlum olub.

Bu, Ramiz Rasim oğlu Umudovdur.

Polis onu saxlayıb. Hazırda R.Umudovun törətdiyi əməllə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu ilin aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər