10 gündür itkin düşən dayıqızı-bibiqızı TAPILDI

10 gündür itkin düşən dayıqızı-bibiqızı TAPILDI Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Qeyd edək ki, yeniyetmə qızlar Aygün Bəhram qızı Hüseynova və Reyhan Elşən qızı Hüseynova aprelin 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində itkin düşmüşdülər.

Tehsil-press.az

Oxşar xəbərlər