Azərbaycanda diri çəkidə ət istehsalı artıb

Azərbaycanda diri çəkidə ət istehsalı artıb 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda diri çəkidə ət istehsalı artıb.

Ötən ilin müvafiq dövründə ölkəmizdə 139.2 min ton diri çəkidə ət istehsal olunub, bu ilin ilk üç ayı ərzində isə bu rəqəm 141.6 min tona çatıb.

Bununla da yanvar-mart aylarında Azərbaycanda diri çəkidə ət istehsalında 1,7% artım qeydə alınıb.

Qeyd edək ki, yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib ki, bunun da 94.3 (1.510.1 milyon manat) faizi heyvandarlıq sahəsinin payına düşür.

Tehsil-press.az

Oxşar xəbərlər