Milli Məclisin üzvü Hikmət Babaoğlu BDU-da Ulu Öndər Heydər Əliyevin siyasi irsi ilə bağlı mühazirə deyib

Milli Məclisin üzvü Hikmət Babaoğlu BDU-da Ulu Öndər Heydər Əliyevin siyasi irsi ilə bağlı mühazirə deyib Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyində Milli Məclisin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Hikmət Babaoğlu "Heydər Əliyev siyasi irsinə yeni tarixi reallıqdan analitik baxış" mövzusunda tələbələrə mühazirə deyib.

Universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Hikmət Babaoğlunun siyasi və elmi fəaliyyəti haqqında tələbələrə məlumat verib, BDU-da iki ildən artıq müddətdə davam edən "Heydər Əliyev mühazirələri" layihəsinin Ulu Öndərin zəngin irsinin tələbələrə aşılanması baxımından əhəmiyyətini vurğulayıb.

Məruzə ilə çıxış edən Milli Məclisin üzvü Hikmət Babaoğlu qeyd edib ki, xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətimizin qurucusu, Azərbaycanın müasir hüquqi-siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərk şüurunun formalaşdırıcısıdır.

Deputat nəzərə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını hələ Sovet dövründə, 1969-cu ildə Mərkəzi Komitəyə birinci katib seçildikdən dərhal sonra, Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubiley tədbirində Azərbaycan dilində söylədiyi nitqiylə qoymuşdu. Bu çıxışında Ulu Öndər Azərbaycan dilini dövlət dili statusunda yenidən təqdim edib: “Ümummilli Lider müstəqil Azərbaycan dövlətini Azərbaycan xalqının milli sərvəti hesab edirdi və bütün ömrünü bu dövlətin güclənməsi, qorunmasına həsr etmişdi. Müstəqillik tariximizin elə kritik səhifələri var ki, həmin mərhələlərdə Ulu Öndərin atdığı uzaqgörən strateji qərarlar olmasaydı, milli dövlətçiliyimiz böhrandan xilas edilə, inkişaf edərək hazırkı mərhələyə çata bilməzdi. Bu gün Ümummilli Lider Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən ölkəmiz müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır”.

Daha sonra millət vəkili tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər