"Azərsun Holdinq”in yeni sədri BU ŞƏXS OLDU

"Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib.

Bu vəzifəyə Əhməd Gözəl gətirilib.

Bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gözəlin oğlu olan Əhməd Gözəl 2006-cı ildə Bilkənd Universitetinin menecment ixtisası üzrə məzunu olub. Elə həmin ildən etibarən "Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib.

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Tehsil-press.az

Oxşar xəbərlər