UNEC-də onlayn “Karyera günləri” davam edir

UNEC-də onlayn “Karyera günləri” davam edir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubiley tədbirləri çərçivəsində onlayn “Karyera günləri” davam edir.
Mayın 13-də saat 15:00-da “Veysəloğlu” şirkətlər qrupundan “Oba Retail” MMC-nin işə qəbul üzrə mütəxəssisi Fidan Quluzadə, saat 18:00-da isə “Azərsun Holdinq”dən departament direktoru Şəmsi Bayramzadə canlı yayımda olacaq.
Canlı yayım boyunca izləyicilər suallarını UNEC-in rəsmi “Facebook”, “Instagram” səhifələrinə, “YouTube” kanalına birbaşa ünvanlaya bilərlər.
Tədbirin moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılovdur.

Tehsil-press.az


Oxşar xəbərlər