Spiker türkiyəli həmkarına başsağlığı verdi
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.
Tehsil-press.az
- Baxış: 138
Xəbərin tarixi: 05.05.2025 / 13:51
-
Oxşar xəbərlər