
Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə Yıldırım çıxışının ilk hissəsində Azərbaycan türkcəsində danışıb:
“Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Birlikdə ağlar, birlikdə gülərik. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtədə birləşir. Azərbaycanda soyuq olsa, biz üşüyərik. Azərbaycana soyuq olsa, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adını sayanda Azərbaycanı oraya daxil etmirik”.
TBMM sədi parlament üzvlərinə səslənərək özünü onların hüzurunda Milli Məclisin üzvü kimi hiss etdiyini deyib. Daha sonra Binəli Yıldırım Azərbaycan dövlət başçısı İlham Əliyevlə bir araya gəlib.
Tehsil-press.az