
Bu barədə saytı məllumat yayıb.
Bildirilib ki, son günlər Saatlı, İmişli və Sabirabad rayonlardakı "Al" marketlər bağlanır.
Sayt yazır ki, "Al" marketlərin bağlanmasına səbəb kimi isə bu şəbəkə marketlərinin yetərincə rentabelli olmaması göstərilib.
Qeyd edək ki, "Al" marketlər şəbəkəsinin sahibi Burhan Sevahil daha əvvəl Türkiyənin tanınmış supermarketlərində rəhbər vəzifələrdə çalışıb. Al Market MMC isə 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib və nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olub. Qanuni təmsilçisi Adəm Tansel Tuzcudur.
"Al" supermarketləri müvafiq olaraq Bazarstore MMC və Al Market MMC-yə məxsusdur və bu şirkətlərin də ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir.
Tehsil-press.az