
Bayram Quliyev oğlunun harada gizləndiyindən xəbəri olmadığını deyib:
"Oğlumun harada olduğu barədə məlumatım yoxdur. O, başqa yerdə yaşayır. Zəfərlə münasibətlərimiz korlanıb. Yoldaşı və qızı ilə əlaqə saxlayır. Məncə 5 milyon dollar məsələsini çox böyütmək lazım deyil. Ortaya çıxandan sonra götürdüyü pulları gətirib borc sahiblərinə qaytaracaq".
Qeyd edək ki, Zəfər Bayram oğlu Quliyev Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamından 5 milyon dollar pulu dələduzluq yolu ilə ələ keçirib. Məlumata görə, o, icra başçılarından birinin dayısı oğludur.
Tehsil-press.az