Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib. Sərəncama əsasən polkovnik Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.
Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.
Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın dayısıdır.
Onlar əslən Ağdaş rayonundan olsalar da,sonradan Qəbələ şəhərinə köçüblər.
Bundan öncə Kəmaləddin Heydərovun müavinləri haqqında faktları təqdim etmişdik.
Tehsil-press.az













