
Bu barədə “İnkişaf və Təhsil Mərkəzi” məlumat yayıb.
Bildirilib ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimaiyyət və gənclər iştirak edəcəklər, proqram rəsmi və bədii hissədən ibarət olacaq.
"Tədbirdə Ulu Öndərin həyatı və fəaliyyəti haqda məlumat veriləcək, daha sonra gənc istedadların iştirakı ilə musiqi və rəqs nömrələri ifa ediləcək. Tədbir çərçivəsində, təhsil, mədəniyyət, idman sahlərində uğur qazanmış gənclərə plaketlər təqdim olunacaq, eləcə də kursları uğurla başa vurmuş 102 nəfər iştirakçıya sertifikatlar və təşəkkürnamələr təqdim olunacaq. Tədbirin yekununda həmin gənclər tərəfindən havaya 102 ədəd şar buraxılacaq. Tədbir Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi və 'İnkişaf və Təhsil Mərkəzi'nin təşkilatçılığı ilə həyata keçirilir" , - məlumatda deyilir.
Tehsil-press.az