Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Xilaskar” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi anılıb.
Tədbirdə Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb. Ulu öndər Heydər Əliyev siyasi irsinin əhəmiyyətini vurğulayan K.Nəcəfova dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləyib. Dekan müavini müdrik şəxsiyyət Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini xatırladıb.
Professor İbrahim Zeynalov ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs edib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxışında Ulu Öndərin gənclər siyasətindən söz açıb.
Professor Nuru Məmmədov, Tarix fakültəsinin TEC sədri Ağamirzə Məmmədov dahi rəhbər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişafına göstərdiyi xüsusi qayğıdan danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər