ADU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir

ADU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir Azərbaycan Dillər Universitetində (ADU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən rektor Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb. “Ulu Öndər Heydər Əliyev haqq dünyasında olsa da, onun işığı bu gün də Azərbaycanın üzərindədir. Bu gün Qarabağda aparılan yenidənqurma, bərpa işləri hamımızı sevindirir, qalib xalq kimi bizi daha da güclü edir. Bu güc, bu inam gələcək işlərimizin daha uğurlu olmasına şərait yaradır. Ulu Öndər hər zaman gənclərə inandığını və gələcək inkişafın gənclərlə bağlı olduğunu bildirirdi. O qeyd edirdi ki, gənclər mənim sizə əmanətimdir. Həmin gənclər bu gün Azərbaycanın inkişafı və daha da güclənməsi yolunda yorulmadan çalışırlar. Ulu Öndər hər birimizin qəlbində yaşayır, hər birimizin həyatına işıq salır”, - deyə rektor əlavə edib.
Sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş müsabiqələrlə bağlı məlumat verilib. Qeyd olunub ki, ADU-da tələbələr arasında keçirilən intellektual və idman yarışlarında fərqlənən tələbələrə sertifikatlar və pul mükafatları təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər