
Təhsil İnstitutu xəbər verir ki, monitorinqin nəticələri şagirdin məktəbdaxili qiymətləndirməsinin nəticələrinə və sinifdən sinfə keçmələrinə təsir göstərmir. Bu barədə məktəb sənədlərində qeyd aparılmır.
Qeyd olunur ki, monitorinqlərin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Tehsil-press.az