BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı

BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Magistranların və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı keçirilib.
Əvvəllcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Elmi fəaliyyətin təşkili və innovasiya Mərkəzinin direktoru Mais Süleymanov iştirakçıları fizika və astronomiyanın inkişaf meylləri, aktual problemləri, BDU-da bu istiqamətdə həyata keçirilən layihələrlə tanış edib, konfransın işinə uğurlar arzulayıb.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev qeyd edib ki, XXI əsrin ilk onillikləri fundamental elmlərin, xüsusilə də fizika və astronomiyanın inkişafında dönüş nöqtəsi olub. O, müasir fizikanın inkişaf tendensiyaları, elmi fəaliyyətdəki cari çağırışlar, süni intellekt sahəsində fizika elminin mümkün töhfələri barədə danışıb və gənc tədqiqatçıların bu istiqamətlərə cəlb olunmasının zəruriliyini vurğulayıb.

BDU-nun Fizika Problemləri ETİ-nin direktoru Sədiyar Rəhimov konfransa Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, Biofizika İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Neft və Sənaye Universitetinin gənc tədqiqatçılarının da qatıldığını, ümumilikdə 108 materialın qəbul edildiyini bildirib.

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun baş direktoru Oktay Qasımov rəhbəlik etdiyi qurumda görülən elmi işlərdən danışıb, gənc tədqiqatçılar üçün belə imkanın yaradılmasına görə təşəkkür edib.

Sonra plenar məruzələr dinlənilib. Plenar iclasda Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova “Maqnetit nanohissəcikləri və termoplastik polimerlər əsasında alınmış nanokompozitlər: polimer matrisin nanokompozitin xassələrinin formalaşmasinda rolu” və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Şahnaz Tagiyeva “Electromagnetic radii for nucleon-excited nucleon form the hard-wall AdS/QCD model” mövzularında tədqiqatlarının nəticələrini təqdim ediblər.

Konfrans 5 bölmədə işini davam etdirib.

BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı
BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı
BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı
BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı
BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı


Tehsil-press.az

Oxşar xəbərlər