Professor Cəfər Quluzadənin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Professor Cəfər Quluzadənin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Cəfər Quluzadənin 80 illik yubileyi münasibətilə Beynəlxalq elmi konfrans keçirilib.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov konfrans iştirakçılarını salamlayıb və toplantını açıq elan edib.
Plenar iclasda rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev, Bakı Dövlət Universitetinin fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Məhəmmədəli Ramazanov, Təbriz Universitetinin professorları Ali Ajabshirizadeh və Samad Sobhanian, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışeva çıxış edərək, görkəmli alimin keçdiyi zəngin həyat yolundan və qazandığı elmi nailiyyətlərdən  danışıblar. Məruzəçilər çıxışlarında professor Cəfər Quluzadənin tədqiqatlarının elmə verdiyi töhfələri də diqqətə çatdırdılar. Plenar iclasın sonunda konfransda Sankt-Peterburqdan, Ukraynadan, Çexiyadan, Almaniyadan, İstanbuldan, Moskvadan olan alimlərin professor Cəfər Quluzadənin 80 illiyi münasibətilə göndərdikləri təbrik məktubları oxunub.
Sonra konfransda elmi məruzələr dinlənilib.  Tədbirin sonunda professor Cəfər Quluzadə Beynəlxalq elmi konfransın təşkilatçılarına, iştirakçılarına və qonaqlara öz minnətdarlığını bildirib.

Professor Cəfər Quluzadənin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Professor Cəfər Quluzadənin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər