BDU-nun əməkdaşları Dubnada gənc tədqiqatçıların IX beynəlxalq payız məktəbində iştirak ediblər

BDU-nun əməkdaşları Dubnada gənc tədqiqatçıların IX beynəlxalq payız məktəbində iştirak ediblər Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin əməkdaşları Rusiya Federasiyasının Dubna şəhərində gənc tədqiqatçıların “Eksperimental nüvə fizikasının qurğu və metodları” adlı IX beynəlxalq payız məktəbində iştirak ediblər.
Universitetin Nanoaraşdırmalar Mərkəzinin kiçik elmi işçiləri Həbibə Şirinova, Kənan Hüseynov və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Yüksək enerjilər fizikası” qrupunun kiçik elmi işçisi Nərmin Hüseynova ezamiyyət müddətində nəzəri və praktik kurslar keçib, müxtəlif ölkələri təmsil edən alimlərlə birgə elmi müzakirələrə qatılıblar.
Qeyd edək ki, hər il Rusiya Federasiyasının Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və MDB ölkələrinin Beynəlxalq İnnovativ Nanotexnologiya Mərkəzi (BİNM) gənc tədqiqatçılar üçün müsabiqə elan edir. Müsabiqədən uğurla keçən namizədlər ezamiyyət müddətində Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ), MDB ölkələrinin Beynəlxalq İnnovativ Nanotexnologiya Mərkəzinin rəhbərliyi ilə birhəftəlik xüsusi proqramda iştirak edirlər.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər