Əldə etdiyimiz məlumata görə, Aqil Quliyev Bakı şəhəri Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbin məzunudur. O, əvvəllər Bakı Dövlət Universitetində və “Ədalət” qəzetində fəaliyyət göstərib, deputat köməkçisi olub.
Həmçinin AMEA-nın Hüquq və İnsan haqları institutu publik hüquqi şəxsin direktor köməkçisi işləyib.
AzTV-nin mətbuat xidmətindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlarda belə bir təyinatla bağlı məlumat yoxdur:
“Bizə belə bir informasiya verilməyib”, – deyə qurumdan vurğulanıb.
Qeyd edək ki, Aqil Quliyev öz sosial şəbəkə hesabında AzTV-də işlədiyini yazıb. Ancaq nədənsə Dövlət Televiziyasının mətbuat xidməti bu haqda məlumatsız olduğunu bildirir.
Tehsil-press.az