
O daha sonra bildirib ki, heç kim gəlib abidə ilə maraqlanmır, bir söz deyən yoxdur:
“Abidəyə su, işıq çəkmişik, amma təkcə su və işıqla vəziyyət düzəlmir ki.. Özümüz orada gül-çiçək əkmişik. İndi oranı uşaqlar üçün futbol meydançası ediblər. Mən demirəm, həyətin uşağı oynamalıdır, amma uşaqlar üçün meydançanı o tərəfdə də düzəltmək olardı. Bayaq baxıram ki, bir xanım orada əkdiyimiz gülləri qayçı ilə kəsib aparır. Bu nə dərəcədə düzgündür? İnsanlara tapşırıq verilsə, ora MKİS-dən baxan nəzarətçi olsa belə olmazdı! Heç kim gəlib-getmir deyə hamı da görür ki, yiyəsizdir” deyə Milli Qəhrəmanın anası bildirib.
Səmayə xanım deyir ki, Polad yaradıcı insanlar tərəfindən lazımınca təbliğ olunmur:
“Poladın qəhrəmanlığını tam əhatə edən, onu tamaşaçılara real qəhrəman kimi göstərən bir film hələ ki, çəkilməyib. O çəkilənlər nə filmlərdir ki? Poladın uşaq vaxtı olanda baxdığı filmlərdən geri qalmır. Onun qəhrəmanlığını tam əhatə edən bir kitab yazılmayıb. Polad kimi qəhrəmanların təbliğatına dərsliklərdə böyük ehtiyac var. İndiki uşaqlar, şagirdlər tarixdən nə oxuyur ki? Mənim bu haqda heç bir məlumatım yoxdur. Bunun özü bir qəbahətdir. Bizim dövrümüzdə general Həzi Aslanov haqda yazırdılar, oxuyub yaddaşımızda saxlayırdıq. Uşaqlar oxumalıdır ki, yadında qalsın da. Elə-belədən heç nə olmur axı! Ən böyük arzum odur ki, Allah məni balama qovuşdursun. Belə şeyləri gözüm görə-görə yaşamaqdansa ölmək daha yaxşıdır” deyə Səmayə Həşimova bildirib.
Tehsil-press.az