
Dövlət İmtahan Mərkəzi (DİM) həftənin əvvəlində bildirib ki, imtahan nəticələri həftə sonunadək açıqlanacaq.
“Qeyd edək ki, nəticələr hazır olan kimi elan olunur. Konkret vaxt demək mümkün deyil”, - DİM-dən bildirilib.
Xatırladaq ki, 13 aprel 2025-ci il tarixində Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İİmtahanda 51 mindən çox şagird iştirak edib.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin elan olunması hələ də uzanır.
Tehsil-press.az