İmtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

İmtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-dən etibarən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlayacaq.
9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olunacaq.
11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, DİM iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. İmtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi müəllim, 117 bina nümayəndəsi ayrılıb.

Tehsil-press.az

Oxşar xəbərlər